Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
30 Avqust 2026
Rusiya istehsalı “Bandеrol” qanadlı raketlərin Ukraynanın Qara dəniz sahilindəki limanlarının fəaliyyətinə ciddi zərbə vurub.
Bu barədə “Daily Telegraph” nəşri yazıb.
Nəşrin məlumatına görə, iyulun sonundan raketlərin kütləvi istehsalına başlanmasından sonra Odessa və Çernomorsk limanlarında kommersiya gəmiçiliyi demək olar ki, dayanıb. Avqustun ilk yarısında Ukraynanın taxıl ixracının illik ifadədə 75% azaldığı bildirilir.