Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rus ordusu bütün cəbhə boyu hücuma keçdi

Rusiya ordusu Donetsk, Luqansk, Mariupol, Zaporojye, Xerson istiqamətində aktiv hücum əməliyyatları keçirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının cəbhədəki vəziyyətlə bağlı yaydığı məlumatda deyilir.

Xəbərə görə, Rus ordusu daha çox Slobojanski və Donetsk istiqamətlərində fəaldır.
“Rus qoşunları Donbasla Krım arasında quru əlaqəsini təmin etməyə çalışırlar. Bu məqsədlə hərbi və mülki infrastruktura raket zərbələri endirilir.

Rus ordusu Nikolaev şəhəri istiqamətində irəliləmək üçün əlverişli şərait yaratmaq məqsədilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur. Skadovsk şəhəri ərazisində hava hücumundan müdafiə sistemini qurmaq üçün rus ordusu S-300VM batareyasını yerləşdirdi top və raket artilleriyasından atəşə tutmağa davam edir”, - məlumatda deyilir.

Həmçinin Ukraynanın Buça şəhərində dinc əhaliyə qarşı törədilən qırğınlarda, işgəncələrdə və zorakılıqlarda fəal iştirak edən 64-cü əlahiddə motoatıcı briqadanın bölmələri İzyum qəsəbəsi ətrafına göndərilib.