Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rus oliqarxların sanksiyalardan yayınmaq cəhdləri... - ABŞ Prokurorluğu üzə çıxardı

ABŞ prokurorları rus oliqarxlarının Ukraynaya təcavüzünü dayandırmaq üçün Moskvaya təzyiq etmək üçün tətbiq edilən sanksiyalardan yayınmağa çalışdıqlarına dair sübutlar tapıblar.

Keçən ay başladılan “KleptoCapture” işçi qrupuna rəhbərlik edən təcrübəli prokuror Endryu Adams Reuters-ə müsahibəsində bildirib ki, ABŞ rus oliqarxlarının bütün dünyada aktivlərini ortaya çıxarıb.

Adams bildirib ki, sanksiyaya məruz qalmamış oliqarxlar hətta gizli hesab etdikləri ölkələrdə yaxtaları, təyyarələri və ya digər əmlaklarını gizlətməyə çalışırlar:

"Bəziləri haqqında ictimaiyyətə məlumat verilmişdi - məsələn, yaxtalar, təyyarələr, daşınan əmlaklar... İşçi qrupun məqsədi prezident Vladimir Putinə Ukraynaya təcavüzünü dayandırması üçün təzyiq göstərmək üçün rus oliqarxların maliyyəsini təhdid etməkdir”.

Adamsın sözlərinə görə, oliqarxların aktivlərini izləmək çox vaxt çətin olur, çünki onlar dünyaya səpələnmiş öncül şirkətlərin arxasında gizlənirlər.

Bununla belə, ABŞ Prokurorluğu artıq əvvəllər təhlükəsiz hesab edilən yerlərdən də məlumat alır.

O, işçi qrupuna məlumat verən xüsusi yurisdiksiyalar haqqında təfərrüat verməkdən və ya istintaq altında olan konkret şəxslərin adlarını çəkməkdən imtina edib.