Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rus diplomatlar izlənilir: Məlumatlar ABŞ, Britaniya və Aİ kəşfiyyatına göndərilir

“Dublin kəşfiyyat orqanları İrlandiyadakı Rusiya Səfirliyinin əməkdaşlarını izləyir.

Bunu İrlandiyanın “Irish Independent” nəşri yazıb.

“İrlandiya xüsusi xidmət orqanları bir neçə il səfirlikdə işləyən “rus casuslarını” izləyib. Əməliyyatın Rusiya Səfirliyinin yanında yerləşən binadan həyata keçirildiyi iddia edilir. “Əks-kəşfiyyat əməliyyatı”nda dinləmə və müşahidə üçün ən son texnologiyadan istifadə edilib”, qəzet yazıb.

Həmçinin bildirilir ki, Səfirliyin hər bir əməkdaşı üçün məlumatlar hər gün yenilənir, dəqiqləşdirilir və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniya Mİ6, habelə Aİ kəşfiyyat agentlikləri ilə incələnir.

Xatırladaq ki, bundan əvvəl İrlandiya hakimiyyəti Rusiyanın Dublindəki səfirini 4 əməkdaşın ölkədən çıxarılması barədə xəbərdar etmişdi. Ölkənin Xarici İşlər Nazirliyi bu qərarı diplomatların fəaliyyətinin “diplomatik davranışın beynəlxalq standartlarına uyğun gəlməməsi” ilə izah etmişdi.