Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruhəngiz Qasımovanın ölüm səbəbi açıqlandı

“Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq”.

Bunu mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı deyib.







Onun sözlərinə görə, Bakıdakı vida və dəfn mərasimin yeri barədə hələlik qərar verilməyib:

“Vida mərasiminin vaxtı və dəfn yeri ilə bağlı məsələlər yəqin ki, sabah dəqiqləşəcək”.

Canana Süleymanlı Ruhəngiz xanımın vəfat səbəbindən də danışıb:

“On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.

Mərhum bəstəkar Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. Artıq məzarın qazılması işləri tamamlanıb. (APA)