Rubio və Lavrov arasında görüş olub, danışıqlar 35 dəqiqə davam edib
23 İyul 2026
İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada keçirilən ASEAN nazirlər tədbirləri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli və beynəlxalq məsələlərin geniş spektri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Ukrayna məsələsinin müzakirəsi zamanı Sergey Lavrov amerikalı həmkarına təmas xətti boyunca real vəziyyət barədə məlumat verib və Ukrayna hakimiyyətinin daha da silahlandırılmasının, Rusiya üçün "strateji məğlubiyyət" axtarmağa davam edən Avropa ölkələrinin ümumilikdə qeyri-sabitlik yaradan siyasətinin yolverilməzliyini vurğulayıb.
Lavrov Rusiyanın münaqişənin siyasi və diplomatik yolla həllinə hazır olduğunu və Rusiya liderinin razılaşdığı Alyaskada prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüşdə Amerika tərəfinin irəli sürdüyü təkliflərə sadiq olduğunu bir daha təsdiqləyib.
"Fars körfəzindəki vəziyyət də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Lavrov və Rubio Roskosmos və NASA arasında tamhüquqlu əlaqələrin bərpasını alqışlayıblar və həmçinin parlamentlərarası mübadilələrin və mədəni əlaqələrin inkişafına dəstək verdiklərini bildiriblər.
Rusiya və ABŞ arasında diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılmasına da diqqət yetirilib.
Xarici işlər nazirlikləri arasında əlaqələrin davam etdirilməsi, o cümlədən iki ölkənin beynəlxalq təşkilatlarda işi barədə razılıq əldə edilib", - Rusiya XİN-nin məlumatında qeyd olunub.
***
09:29
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
Görüş Fillipinin paytaxtı Manilada keçirilən ASEAN sammiti çərçivəsində başa tutub.
Lavrov-Rubio danışıqları 35 dəqiqə davam edib
Rusiya mətbuatı diplomatik mənbələrə istinadən yazıb ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və ABŞ nümayəndə heyətinə Hindistandakı səfir Serjio Qor və Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker də daxil olub.