Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubio USAID-in direktoru vəzifəsini öz üzərinə götürüb

ABŞ-nin dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilib.

Bu barədə "The Hill" qəzeti məlumat yayıb.

"USAID-in bir çox funksiyaları qalacaq. Lakin onlar ABŞ-nin xarici siyasətinə uyğunlaşdırılmalıdır", - Rubio bildirib.

Bundan əvvəl demokratlar və keçmiş diplomatlar USAID-in ləğvinə etirazlarını bildirərək, agentliyin bütün dünyada insanlara kömək etdiyini və yardımın ABŞ-nin dünya səhnəsində mövqeyini gücləndirdiyini iddia ediblər.