Rubio təsdiqlədi: Tramp Ankaradakı NATO sammitində şəxsən iştirak edəcək
04 İyun 2026
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
"Anadolu" agentliyi xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio ABŞ Konqresindəki çıxışı zamanı bildirib.
Rubio qeyd edib ki, qarşıdan gələn görüş alyansın tarixində ən vacib görüş ola bilər, çünki bu çərçivədə bir sıra məsələlərə aydınlıq gətirmək və onları həll etmək lazımdır. Dövlət katibinin sözlərinə görə, ABŞ-nin öz üzvlüyünü qoruyub saxlamasına baxmayaraq, NATO-nun əhəmiyyətli dəyişikliklərə ehtiyacı var.
"Birləşmiş Ştatlar əvvəlki kimi NATO-da qalır və biz orada olacağıq", - o deyib .
Xatırladaq ki, TNATO sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.