Rubio: Çin ABŞ-ın əsas geosiyasi rəqibidir
14 May 2026
ABŞ-nin dövlət katibi Marko Rubio Çinin Vaşinqtonun əsas geosiyasi rəqibi olduğunu bildirib.
O, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bəli, geosiyasi baxımdan bu, bizim əsas çağırışımızdır, eyni zamanda (Çinlə-red) münasibətlərimiz üzərində işləmək vacibdir", - Rubio qeyd edib.
Onun sözlərinə görə, ABŞ-nin maraqları Çinin maraqlarından fərqlənə bilər.
"Müharibələrdən qaçmaq, sülhü və sabitliyi qorumaq üçün bunu idarə etməliyik", - ABŞ dövlət katibi deyib.