Rubbio, Vitkoff və Ukrayna nümayəndə heyəti arasında keçiriləcək görüşün zamanı bəlli olub
30 Noyabr 2025
ABŞ Dövlət katibi Marko Rubio, Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner bu gün Ukrayna nümayəndə heyəti ilə görüş keçirəcəklər.
“Reuters”in məlumatına görə, bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, görüş ABŞ-nin Florida ştatında baş tutacaq. Agentlik əlavə detalları açıqlamayıb. Ağ Evin mətbuat xidməti tərəfindən daha əvvəl yayılan Trampın qrafikinə əsasən, ABŞ prezidenti sabah Florida ştatındakı Mar-a-Laqo malikanəsindən Vaşinqtona qayıdacaq.
Bundan əvvəl məlum olub ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kisliçanın daxil olduğu nümayəndə heyəti sülh planının müzakirəsini davam etdirmək üçün ABŞ-yə yola düşüb.