Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldu tarixə düşdü! Birinci və "Beşlər klubu"nda beşinci

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.

O buna Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub.

Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarıb.

Qeyd edək ki, DÇ-2022-nin H qrupunda keçirilən Portuqaliya - Qana matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kriştianu Ronaldu dünya çempionatlarında iştirak baxımından Argentina yığması və Fransa PSJ-sinin hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

37 yaşlı forvard buna sayca 5-ci mundialında meydana çıxmaqla nail olub. Qətərdəki dünya çempionatında Qanaya qarşı H qrupunun ilk tur oyununda iştirak edən təcrübəli forvard Messi ilə yanaşı, Meksika yığmasının sabiq üzvləri Antonio Karbahal və Rafael Markes, həmçinin, Almaniya millisinin keçmiş hücumçusu Lotar Matteusa da çatıb.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl 2006, 2010, 2014 və 2018-ci il mundiallarına qatılıb.