Ronaldu Səudiyyə Ərəbistanı yolunda, Messi isə PSJ-də qalır
22 Dekabr 2022
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasına keçməyə yaxındır.
"Foot Mercato" nəşri xəbər verir ki, 37 yaşlı hücumçu klubla transfer danışıqları aparmaq üçün Ər-Riyad şəhərinə yollanıb.
Təcrübəli forvardın paytaxt təmsilçisi ilə anlaşacağı gözlənilir. Çünki hazırda onun başqa təklifi yoxdur.
Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayacağı bildirilib. İddiaya görə, sözləşmə 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək. Ulduz futbolçunun illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.
Ronaldunun son klubu İngiltərə "Mançester Yunayted"i olub. "Qırmızı şeytanlar" futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.
Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandası ilə müqaviləsini yeniləyəcək.
"Le Parisien" nəşrinin məlumatına görə, 35 yaşlı futbolçu bununla bağlı Paris təmsilçisinə söz verib.
Təcrübəli hücumçu klubla sözləşməsinin müddətini ən azı 2024-cü ilin yayınadək uzadağını bildirib.
İddiaya görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında 3 aydır gedən danışıqlar artıq yekunlaşıb. Tam anlaşma dekabrın əvvəlində əldə olunub.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.
Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.