Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldu Messini üstələdi

İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldu ən çox qazanan futbolçular siyahısında birinci pilləyə yüksəlib.

"Forbes"in versiyasına əsasən, buna 36 yaşlı hücumçunun İtaliya "Yuventus"undan "qırmızı şeytanlar"a keçməsi səbəb olub.

Portuqaliyalı forvard 2021/2022 mövsümündə vergilər çıxılmadan 106,6 milyon avro qazanacaq. Bunun 59,7 milyon avrosu İngiltərə təmsilçisinə qayıtdığı üçün maaş və bonuslardan əldə olunacaq.

Fransanın PSJ klubunun oyunçusu Lionel Messi 93,8 milyon avro ilə Ronaldudan geri qalır. Onun komanda yoldaşları Neymar (81 milyon avro) və Kilian Mbappe (36,7 milyon avro) növbəti pillələrdə qərarlaşıb.