Ronaldu çox inciyib - Portuqaliya millisi ilə vida matçından imtina edib
06 Noyabr 2026
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandadakı karyerasını başa vurmaq qərarını açıqladıqdan sonra vida matçı keçirmək təklifini rədd edib.
“Observador” xəbər verir ki, Portuqaliya Futbol Federasiyası futbolçu üçün xüsusi vida oyunu təşkil etməyi təklif edib.
Lakin Ronaldu sonuncu dəfə meydana çıxmaq üçün milliyə qayıtmaq istəmədiyini bildirib.
Noyabrın 5-də Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş arasında telefon danışığı planlaşdırılsa da, bu, baş tutmayıb. FPF prezidenti Pedru Proensa söhbətdə vasitəçi kimi iştirak etməli idi.
Məlumata görə, hücumçu artıq baş məşqçi ilə danışmaq istəmir.