Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubio növbəti seçkilərdə Vensin prezidentliyə namizədliyini dəstəkləyəcək

ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vens 2028-ci ildə dövlət başçısı postuna iddia etmək qərarına gələrsə, onu dəstəkləməyə hazır olduğunu bildirib.

O, bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb.

"Cey Di mənim çox yaxşı dostumdur. Əgər Cey Di prezident yarışında iştirak edərsə, o, fenomenal namizəd olacaq. Mən bu barədə açıq şəkildə demişəm və bir daha deyəcəyəm: onu dəstəkləyən ilk şəxs mən olacağam", - o bildirib.

Rubio özünün prezident postuna iddia etmək niyyətində olub-olmaması ilə bağlı suala cavab verməkdən imtina edib. "Mən daha 2028-ci il haqqında danışmayacağam. Sadəcə danışmayacağam", - o qeyd edib.