Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ronaldo rəsmən "Əl-Nəsr"də

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidi rəsmiləşib.

37 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

“Bu, tarix yazmaqdan daha çox şeydir. Bu, təkcə klubumuzu daha böyük uğurlara imza atmağa deyil,  həm də liqamızı və gələcək nəsilləri özümüzün ən yaxşı versiyamız olmağa ruhlandıracaq bir transferdir. Kriştiano, yeni evin "Əl-Nəsr"ə xoş gəldin”, - klubun açıqlamasında bildirilir.

Beləliklə, Ronaldo tarixin ən çox qazanan oyunçusu olub. Azad agent kimi ərəblərlə müqavilə imzalayan portuqaliyalının yeni klubunda illik gəliri 200 milyon avro təşkil edəcək. O, bunun 75 milyonunu futbolçu kimi, digər 125 milyonunu isə kommersiya haqları və Səudiyyə Ərəbistanının futbol səfiri qismində qazanacaq.

Ronaldo "Əl-Nəsr"də 7 nömrəli forma ilə çıxış edəcək.