Logo
news content
User
Kateqoriyalar

Xəbər

Robot şirkətin baş direktoru təyin olundu

Çinin məşhur “NetDragon Websoft” onlayn oyun texnologiyası şirkəti Tanq Yu adlı robotu baş direktor təyin edib.

Bu barədə “Daily Mail” saytı məlumat yayıb.

Məlumata görə, şirkət süni intellektlə işləyən robotun bütün işçiləri ədalətli və səmərəli işlə təmin edəcəyinə inanır. Tanq Yu şirkətdə real vaxt rejimində məlumat mərkəzi və analitik vasitə kimi xidmət edəcək.

Xatırladaq ki, “Tesla”nın baş direktoru və milyarder İlon Mask süni intellektə malik robotlar üzərində nəzarəti necə saxlayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü.