RİA-Novostinin saytına giriş yenidən bloklanıb
25 İyul 2024
Rusiyanın RİA-Novosti İnformasiya Agentliyinin saytına sərbəst giriş bir sutka - iyulun 23-də mümkün olub. Bundan sonra yenidən Azərbaycan ərazisində bloklanıb. Hakimiyyət nə baş verdiyini şərh etmir.
Xatırladaq ki, 2022-ci ilin iyununda RİA-Novosti Qarabağda keçmiş separatçı rejimin qondarma "dövlət naziri" Artak Beqlaryan ilə müsahibə dərc etdikdən sonra sayt bloklanmışdı.
Bakıda bu yazını Rusiya dövlət KİV-in Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi kimi qiymətləndiriblər.