Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəsmi Moskva: Ermənistanın Aİ-yə qoşulmaq niyyəti Aİİ-dən çıxmasının başlanğıcıdır

Moskva İrəvanın Avropa İttifaqına qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirir.

Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O, bunu İrəvanın suveren seçimi adlandırıb.

“Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. Bu, İrəvanın suveren seçimidir”, - deyə Rusiya hökuməti sədrinin müavini vurğulayıb.