Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, yerinə Rəşad Aslanov təyin edilib

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, R.Aslanov 2022-ci ildən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışırdı.