Reqlamenti pozan Messidən xoş xəbər və maraqlı paylaşım - FOTOLAR
19 Dekabr 2022
Argentina millisinin kapitanı Lionel Messi FIFA-nın reqlamentini pozub.
Buna 35 yaşlı futbolçunun Qətərdəki dünya çempionatının finalında Fransanı məğlub etdikləri oyundan sonra mükafatlandırma mərasimindəki hərəkəti səbəb olub. Təcrübəli forvard dünya kubokunu əynində ərəblərə məxsus geyim tərzi olan biştlə başı üzərinə qaldırıb.
Ali futbol qurumunun qaydalarına əsasən, final matçında bayram geyimlərindən yalnız FIFA-nın rəsmi tədbirləri başa çatdıqdan sonra (bu müddət ərzində komanda müvafiq oyun üçün nəzərdə tutulan formaları geyinməlidir) istifadə oluna bilər.
Maraqlıdır ki, Messi bişti qəbul edərkən FİFA prezidenti Canni İnfantino da səhnədə olub və buna heç bir reaksiya verməyib.
Lionel Messi oyundan sonra etdiyi paylaşımda yazıb: “Dünya Çempionları! Mən bunu dəfələrlə xəyal etmişdim, o qədər istəyirdim ki, hələ də buna inana bilmirəm...”
Bütün dünyada oyunu ilə gündəm olan futbolçu onu dəstəkləyənlərə təşəkkür edib: “Ailəmə, məni dəstəkləyən hər kəsə, həmçinin, bizə inanan hər kəsə təşəkkür edirəm. Biz bir daha sübut edirik ki, argentinalılar birlikdə mübarizə apardıqda və birləşdikdə məqsədə çatmağa qadirik”.
Messi millidə çıxışını davam etdirəcəyini də açıqlayıb.
“Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, - deyə Messi bildirib.
O, eyni zamanda bildirib ki, bu hər hansı bir fərdin yox, komandanın nailiyyətidir: “Biz bunu bacardıq!!! Tezliklə Argentinada görüşəcəyik”.
Messinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, son 7 saat ərzində onun instaqramdakı paylaşımı 35 milyona yaxın bəyənmə, 1 milyondan çox şərh toplayıb. Feysbukdakı postunu isə 6,6 milyon insan bəyənib, 579 min komment gəlib. Messinin bu paylaşımını, həmçinin 724 min insan paylaşıb.
Qeyd edək ki, Argentina və Fransa yığmaları arasında final matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) "tanqoçular" 3-cü dəfə dünya çempionu olublar.