Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif Azərbaycana səfər edəcəklər
01 İyul 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Səfər iyulun 4-nə nəzərdə tutulub. Türkiyə dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək.
Ərdoğanın bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcəyi bildirilir.
Pakistanın Baş naziri Şahbaz Şərif isə iyulun 3-də Azərbaycana ikigünlük rəsmi səfər etməyi planlaşdırır.
Qeyd olunub ki, Ş.Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.
"Bu səfər regional əməkdaşlığı və İƏT ölkələri ilə ikitərəfli əlaqələri gücləndirməyə yönəldiyi üçün böyük diplomatik və iqtisadi əhəmiyyət daşıyır", - məlumatda bildirilib.
Nəşrlər Pakistan Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən bildirir ki, səfərin yekunu üzrə qarşılıqlı əməkdaşlıq haqqında bir neçə saziş və anlaşma memorandumunun imzalanması planlaşdırılır.