Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Real Madrid" Mbappeni istəyir - İldə 50 milyon avro maaş

İspaniya "Real Madrid"i Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappeyə təklif göndərib.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib. O, "kral klubu"nun 23 yaşlı hücumçudan cavab gözlədiyini bildirib.

Daha əvvəl forvardın yeni komandasında illik 50 milyon avro maaş alacağı və dünyada ən yüksək ödənişli futbolçu olacağı qeyd olunub.

İddiaya görə, transfer "Real Madrid" və PSJ klubları arasında İspaniyada keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununadək rəsmiləşə bilər. Görüş martın 9-da baş tutacaq. İlk matçda Paris təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm meydana çıxdığı 33 oyunda 22 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq. (Report)