Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rasim Balayev əməliyyat olunub - VİDEO

Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Aktyor açıqlamasında əməliyyat olunduğunu bildirib:

"Belimdə uzun illərdir problemlər var idi. Ya əməliyyat olunmalı idim, ya da müalicə. Həkimlər fizoterapiya müalicə kursu təyin etdilər. Baxdılar ki, nəticə vermir. İllərdir əziyyət çəkirdim, axırda dedim ki, əməliyyat edin, canım qurtarsın".

Aktyor hazırda evdə olduğunu vurğulayıb: "Müalicə yazıblar, görək necə olacaq". (Qaynarinfo)