Raket və peyk modelçiliyinin uğurlu addımları
16 Dekabr 2024
Azərbaycanda 2024-cü ilin uğurlarına və 2025-ci il üçün planlara həsr olunmuş tədbirlərə start verilib. “Fairmont Baku” otelində “IDDAAwards-2024” mükafatlandırma mərasimi keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf agentliyinin (İRİA) il ərzində nailiyyətləri xüsusi qeyd olunub.
Ölkədə innovasyalar ekosistemi oyunçularının ən perspektivli layihələri bir araya gətirilərək, 11 nominasiya üzrə dəyərləndirilib.
Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin təşkilatçılığı ilə keçrilən Aerokosmik Modelçilik Festivalı “İlin Texnologiya Tədbiri” naminasiyası üzrə qalib elan olunub. Festivalın təsisçiləri Ceyhun Xəlilov və Pərviz Ağayev bu mükafatı ölkənin bütün avaimodelçilərinin yüksək naliyyəti adlandırıblar.
Son zamanlar aviamodelçilik sahəsinə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. 2023-2024-cü illərdə raket və peyk modelçiliyinin inkişafı yolunda real atdımlar atılmağa başlamışdır. Hər il keçrilən Aerokosmik Modelçilik Festivalı yerli raket və peyk mütəxəsislərinin hazırlanmasına təkan verir.