Logo
news content
User
Kateqoriyalar

Xəbər

Quterreşin Türkiyə, Rusiya və Ukrayna yolçuluğu - Gözlənilməz səfər

BMT Baş katibi Antonio Quterreş Türkiyəyə səfər edəcək.

Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

BMT Baş katibinin Ankaraya səfəri aprelin 25-də baş tutacaq. BMT Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

Aprelin 26-da A. Quterriş Moskvaya səfər edəcək, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Aprelin 28-də isə BMT Baş katibi Ukraynada səfərdə olacaq, Prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kulebo ilə bir araya gələcək.