Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
17 Dekabr 2024
Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.