Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qubada ağır qəza: 1 ölü, 15 yaralı

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1957-ci il təvəllüdlü qadının həkiməqədər ölüm faktı qeydə alınıb. 15 nəfər yaralanıb. Onlardan 12 nəfər (7-si qadın, 5-i kişi olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Yaralananlar Quba rayon sakinləri olan həmin şəxslər aşağıdakılardır;

1978-ci il təvəllüdlü Ağazadə Arzu Arif qızı,
1990-cı il təvəllüdlü Əlisultanov Tural İlham oğlu,
1971-ci il təvəllüdlü Hacıyeva Aliyə Böyükağa qızı,
2001-ci il təvəllüdlü Paşayev Kamal Mübariz oğlu,
1963-cü il təvəllüdlü Yunusova Gülarə Hüsyinbala qızı,
2001-ci il təvəllüdlü Kamalov Elmar Məhəmməd oğlu,
1979-cu il təvəllüdlü Səfərəliyeva Gülbikə Bayram qızı,
1967-ci il təvəllüdlü Məmmədova Pərvanə Sədrəddin qızı,
1987-ci il təvəllüdlü Əlisultanova Gülnar Arif qızı,
2003-cü il təvəllüdlü Əhmədov Sərxan Ruslan oğlu,
1962-ci il təvəllüdlü Gülbalayeva Qənilə Xanbala qızı,
1957-ci il təvəllüdlü Mirişova Əzimə Həbib qızı,
1963-cü il təvəllüdlü Rüstəmova Zenfira Məmmədşah qızı.

Xaçmaz rayon sakinləri;
1965-ci il təvəllüdlü Əmrahov Elsevər Davud oğlu,
1980-ci il təvəllüdlü Xasiyeva Rəvanə Azadə qızı.