Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qriqoryan Hindistana gedir: Müzakirə mövzusu nə olacaq?

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana rəsmi səfərə yollanacaq.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Təhlükəsizlik Şurası yayıb.

Qriqoryanın Hindistana səfəri noyabrın 18-19-nu əhatə edəcək və ölkənin daxili işlər naziri Amit Şahın dəvəti əsasında baş tutacaq.

Onun, həmçinin Hindistanda digər görüşlər keçirəcəyi də gözlənilir.

Xatırladaq ki, son zamanlar Ermənistanın Hindistandan silah alması ilə bağlı məlumatlar yayılıb. Ən son məlumata görə, Ermənistan Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacaq. Sifarişi Hindistanın “Kalyani Strategic Systems Ltd” şirkəti alıb. Müqavilənin dəyəri isə 150 milyon dollar təşkil edir. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək. Bundan əvvəl isə Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub.