Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qriqoryan: "Azərbaycanla imzalanacaq sülh müqaviləsinin 2 mətni var"

“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 mətni var”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bir variantı Rusiya, digərini Azərbaycan təklif edib: “Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir".

Eyni zamanda, A.Qriqoryan söyləyib ki, rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb.

O, eyni zamanda Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcəyini iddia edib.

Qriqoryan bildirib ki, rəsmi İrəvan sülh müqaviləsi layihəsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.