Qreta Tunberqə qarşı cinayət işi açılıb
14 Dekabr 2025
Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar.
Bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarının nümayişi zamanı polisə mane olmaqda ittiham olunur.
Qeyd edək ki, Tunberq vaxtaşırı ətraf mühit məsələləri ilə bağlı etiraz aksiyalarında iştirak edir .