Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qostomelə hücumun qarşısı alınıb, İrpen nəzarət altındadır - VİDEO

Rusiya ordusunun tankları bu gün Ukraynanın Buça şəhəri istiqamətindən İrpin şəhərinə daxil olub. Lakin Ukrayna Silahlı Qüvvələri işğalçıları şəhərdən çıxara bilib.

Bunu İrpin şəhərin meri Aleksandr Markuşin deyib.

"Biz İrpini əldə saxlayırıq! Bu gün İrpin 100 % nəzarətimiz altındadır", - şəhər meri vurğulayıb.



O, yerli sakinlərdən evdə qalmağı xahiş edib, çünki atəş daim davam edir. Qeyd edilir ki, Ukrayna hərbçiləri üçün əlavə hərbi qüvvələr göndərilib.

Eyni zamanda, Qostomel hava limanında hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Bu istiqamətdə düşmənə artilleriya zərbəsi endirilib. Bunan başqa Ukrayna helikopterləri düşməni raket zərbəsi ilə atəşə tutublar.