Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qocalmaq üçün dünyada ən yaxşı 10 ÖLKƏ

Mütəxəssislərin fikrincə, qocalmaq üçün ən yaxşı ölkələr Kanada, İslandiya və Yeni Zelandiyadadır.

“GoBankingRates”in araşdırmasına görə, təqaüdçülər üçün dünyada ən təhlükəsiz ölkə Qlobal Sülh İndeksində 12-ci yeri tutan Kanadadır.

İndeksi tərtib edənlərin fikrincə, Kanada zorakılıq cinayətlərinin çox aşağı səviyyəsinə malikdir və Qlobal Sülh İndeksinə daxil olan dörd qeyri-Avropa ölkəsindən biridir.

Bundan əlavə, Kanada səhiyyə sisteminin yüksək səviyyəsinə görə seçilir.

Təqaüdçülər üçün dünyanın ən təhlükəsiz 10 ölkəsi:

1. Kanada

2. İslandiya

3. Yeni Zelandiya

4. İrlandiya

5. Danimarka

6. Avstriya

7. Portuqaliya

8. Sinqapur

9. Yaponiya

10. İsveçrə