Qızılın qiyməti 4300 dolları keçdi
17 Oktyabr 2025
"Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2025-ci ilin dekabr ayında çatdırılma şərti ilə qızıl fyuçerslərinin qiyməti bir trua unsiyası üçün 4 300 dollar həddini aşaraq tarixi maksimumu yeniləyib.
Bunu ticarət platformasının məlumatları göstərir.
Qızılın qiyməti bir trua unsiyası üçün 4 306,8 dollar səviyyəsində olub.