Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qiymət artımının ƏSL SƏBƏBİ açıqlandı 

“Ərzaq qiymətlərinin artmasının əsl səbəbi Ukrayna ətrafındakı böhranla bağlı panika və spekulyasiyadır”.

Bunu BMT-nin ifrat yoxsulluq və insan hüquqları üzrə xüsusi məruzəçisi Olivye de Şutter deyib.

O bildirib ki, bazarlarda bəzi “oyunçu”lar Ukraynadakı vəziyyətə görə insanların narahatlığını bilə-bilə dəyərin artması ilə bağlı spekulyasiya edirlər:

“Ərzaq ehtiyatlarının əsas hissəsi özəl operatorların, iri taxıl treyderlərinin əlindədir ki, onlar hökumətlərin bazar qiymətlərinin tənzimlənməsi üçün lazım olan məlumat mübadiləsində iştirak etmirlər”.

Qeyd edək ki, ABŞ bazarında da ərzaq məhsullarının bahalaşması müşahidə olunur. ABŞ-ın maliyyə naziri Canet Yellenin sözlərinə görə, bu, Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlıdır.