Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qışda donmalı olan Avropa" - Qaz sürətlə ucuzlaşır

Avropada qazın qiyməti iyunun 15-dən bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1100 dollardan aşağı düşüb.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, gün ərzində qiymətlər 12 faizdən çox ucuzlaşıb.


Minimum olaraq yanacağın qiyməti min kubmetr üçün 1090,4 dollara çatıb.

Qazın qiymətinin aşağı düşməsi Avropada yeraltı qaz anbarlarının (QQS) vaxtından əvvəl doldurulması ilə bağlıdır. Hazırda anbarlar 92,37 faizə çatıb.

Qeyd edək ki, qaz şantajına əl atan Rusiya qiymətlərin artacağı və Avropa əhalisinin yerli hökumətlərə qarşı qalxacağına ümid edirdi. Amma ABŞ və Norveçin sürətlə bazara girməsi nəticəsində Avropada qaz anbarları təxminən 90 faiz dolub. Nəticədə qazın qiymətində ucuzlaşma qeydə alınıb.