Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırğızıstanda 19 sentyabr matəm günü elan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün ümummilli matəm günü elan edib.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Prezidentin sərəncamında bütün ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqlarının yarıya qədər endirilməsi nəzərdə tutulur.

Dövlət başçısı mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncəli tədbirləri və proqramları ləğv etməyi də tövsiyə edib.

Son məlumatlara görə, Qırğızıstan tərəfində 37 ölü və 129 yaralı var.