Qəzzada xəstəxana binası vurulub: Yüzlərlə ölən var - VİDEO
18 Oktyabr 2023
Qəzza zolağına atılan raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb.
İnformasiya agentliklər xəbər verir ki, olay nəticəsində yüzlərlə şəxs ölüb. Bəzi mənbələr 300 nəfərin, digər mənbələr isə 1000 nəfərin öldüyünü bildirilər. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 500 nəfərin öldüyünü açıqlayıb.
Xəstəxanada yüzlərlə yaralı, xəstə və köçkünlərin olduğu bildirilir. Fələstin tərəfi xəstəxanın İsrail tərəfindən vurulduğunu iddia edir.
Öz növbəsində İsrail ordusu hadisə ilə bağlı məlumat yayaraq xəstəxananın onlar tərəfindən vurulması xəbərlərini təkzib edib. “Bizim ixtiyarımızda olan bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır” - İsrail ordusunun məlumatında deyilir.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada da çoxlu sayda insan itkisinə səbəb olan xəstəxanaya hücumda İsrail hərbçilərinin əli olması ilə bağlı iddiaları rədd edib və bildirib ki, xəstəxanaya terrorçular hücum edib.
Onun sözlərinə görə, bu partlayış terrorçuların işidir. “Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya İsrail Müdafiə Qüvvələri yox, barbar terrorçular hücum edib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz övladlarını da öldürürlər”, - Netanyahu qeyd edib.
Fələstin lideri Mahmud Abbas faciə ilə bağlı üç gnlük matəm elan edib. Bundan başqa o, bölgədə səfərdə olan ABŞ prezidenti Co Baydenlə planlaşdırılan görüşü ləğv edib.
https://www.youtube.com/watch?v=-wvRkBq3dN0&t=16s

— Newsfeed (@newsfeed138) October 17, 2023