Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır” - Kadırov

“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır”.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib

"Bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın! Bu, işləyən çirkli pulların yuyulması sxemidir. Qərb və Ukrayna rəsmiləri bu vəsaitləri mənimsəyəcəklər və bütün yardımın 15%-dən çoxu səngərlərə çatmayacaq", - deyə o bildirib.

Kadırov qeyd edib ki, hazırda Rusiya ərazisində baş verən hərbi əməliyyatlardan narahat olmağa dəyməz.

Qeyd edək ki, yanvarın 6-da ABŞ Ukraynaya 3 milyard dollardan dəyərində yeni yardım paketi elan edib.

Ağ Evin məlumatına görə, yardım birbaşa Pentaqonun ehtiyatlarından veriləcək.