Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qədrini indi bilirlər: "Barselona" Messiyə heykəl qoyacaq

İspaniyanın “Barselona” klubu karyerasının böyük hissəsini Kataloniya komandasında keçirmiş argentinalı hücumçu Lionel Messinin heykəlini ucaltmaq niyyətindədir.

“Goal”a istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Joan Laporta məlumat verib.

“Biz Leo Messinin heykəlini “Kamp Nou”nun kənarında tikəcəyik. Qərar verilib”, - klub prezidenti vurğulayıb.

2021-ci ildə “Barselona”dan ayrılan Messi ikinci mövsümünü Fransanın PSJ klubunda keçirir. Bu mövsüm Messi komandanın Fransa çempionatında keçirdiyi 9 oyunun hamısında meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avrodur.

Argentinalı “Barselona”nın yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titula sahib olub. Forvard yeddi dəfə “Qızıl top” qazanıb.

Qeyd edək ki, vətəni Argentinada Messiyə bir neçə heykəl qoyulub.