Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəbələdə toyda kütləvi zəhərlənmə - 51 nəfər həkimə müraciət etdi

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

Zəhərlənmə Qəbələdə şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.