Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanın paytaxtının adı yenidən Astana olub

Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi.