Qazaxıstandan göndərilən buğda yüklü qatar Azərbaycandan keçməklə Ermənistana çatıb
08 Noyabr 2025
Rusiyadan gələn taxıldan sonra Qazaxıstandan idxal olunan buğda da Ermənistana çatıb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, yük tranzit olaraq Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçib.
Qeyd edək ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar noyabrın 6-sı Azərbaycandan Ermənistana yola salınıb.