Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanda yenidən mitinq başlayıb - VİDEO

Yanvar ayında kütləvi etirazların başladığı və sonra iğtişaşlara çevrildiyi Qazaxıstanın Janaozen şəhərində neftçilər mitinqə başlayıblar. Bu barədə “Orda” məlumat yayıb.

Etirazçılar yerli avtovağzalda toplaşıblar. Onlar maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb etmək niyyətindədirlər. Onların fikrincə, bölgədə ədalətsizlik hökm sürür və “sistem çürüyür”. Neftçiləri yanvar hadisələrinə görə həbs olunanların azadlığa buraxılmasını tələb edən yerli sakinlər dəstəkləyib.

“Almatıda bizdən sonra başlayan dinc mitinqin faciəyə çevrilməsindən çox təəssüflənirik. Biz bunu təəssüf hissi ilə xatırlayırıq. Hakimiyyət qarşısında tələbimiz günahsız gənclərimizə işgəncə verilməsini dayandırmaqdır, onların azadlığa buraxılmasıdır. Onlar terrorçu deyillər. Biz siyasi dəyişiklik tələb edirik. Köhnə kadrlar tərəfindən aldanırıq. Janaozen yenilik tələb edir”, - fəallardan biri bildirib.