Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanda neft-qaz yatağında partlayış: Ölənlər var - VİDEO

“Tengiz” neft-qaz yatağında partlayış baş verib.

Hadisənin bu gün səhər saat 09:55-də Jılıoy rayonunda baş verdiyi bildirilir. İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Partlayış və ölənlərlə bağlı məlumatı “Tengizşevroil” şirkətinin mətbuat xidməti və Atırau vilayəti Polis Departamentinin mətbuat xidməti təsdiqləyib. Şirkətin verdiyi məlumata görə, sınaq zamanı yataqda boru partlayıb. Ehtimal olunur ki, o, böyük təzyiqə tab gətirə bilməyib. Hazırda yataqda bütün işlər dayandırılıb.

Məsul orqanlar hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.