Qazaxıstanda iğtişaşlar zamanı 225 nəfər ölüb
15 Yanvar 2022
Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.
Bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.
Ölənlərin 175 nəfəri tibb müəssisələrində dünyasını dəyişib. Onlar arasında 19 polis və hərbçi var.
Məlumatda, həmçinin 4 578 insanın yaralandığı deyilir.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.(Report)