Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanda iğtişaş iştirakçılarına amnistiya elan olunacaq

Qazaxıstanda cari ilin yanvarında baş verən iğtişaşların iştirakçılarına amnistiya elan olunacaq.

“Sputnik Qazaxıstan” xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.

Onun sözlərinə görə, indi ölkə vətəndaşlarına birlik vacibdir.

Bununla belə, Tokayev qeyd edib ki, amnistiya iğtişaşların təşkilində iştirak edən əsas şəxslərə, eləcə də dövlətə xəyanətdə ittiham olunanlara və zorakılıq yolu ilə dövlət çevrilişinə cəhd edənlərə şamil edilməyəcək.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda maye qazın qiymətinin bahalaşması səbəbindən kütləvi iğtişaşlar baş verib.

İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Ölkə Prezidenti Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. Ölkə rəhbərliyinin məlumatına görə, iğtişaşlar nəticəsində 232 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb. Bununla yanaşı, iğtişaşlar zamanı 3000-dən çox aksiya iştirakçısı saxlanılıb.