Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb
03 Noyabr 2026
Qazaxıstanın qərbində - Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb.
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayətkar qruplaşma üzvləri Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıqla dəyişdirməyi hədəfləyiblər.
Bildirilib ki, saxlanılan şəxslər ekstremist qrupun yaradılması, rəhbərliyi və fəaliyyətində iştirak etmək, terrorizmi təbliğ etmək və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.
Təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı odlu silah, narkotik vasitə, dini ləvazimat, ədəbiyyat və digər maddi sübutlar götürülüb.
Onların yaratdıqları uşaq və yeniyetmələr üçün üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.