Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan taxılının Azərbaycandan Ermənistana hansı marşrutla aparılacağı məlum olub

Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Yaxın vaxtlarda Ermənistana Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Qazaxıstan taxılının ilk partiyası gətiriləcək. Sülh qurulub”, - nazir qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.