Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırmaq istəyir

Qazaxıstan daxili bazarı qorumaq üçün taxıl və un ixracına müvəqqəti olaraq məhdudiyyətlərin tətbiq edilməsi məsələsini nəzərdən keçirir.

“TASS” xəbər verir ki, bu barədə məlumatı respublikanın kənd təsərrüfatı naziri Erbol Karaşukeev açıqlayıb.

“Rusiya taxıl ixracına qadağa qoyub, biz vəziyyəti bilirik və nəzarət altında saxlayırıq. Bu gün səhərə olan məlumata əsasən, taxıl balansımız müsbətdir və müsbət olacaq. Daxili bazar üçün kifayət qədər taxılımız var və ixrac üçün də qalacaq. İxracatçılar məhsullarını daxili bazara satmaq istəmirlər və ixrac qiymətinin qalxmasını gözləyirlər”, - deyə nazir söyləyib.

Bununla belə, Karaşukeev məhdudiyyətlərin konkret olaraq tətbiq ediləcəyi tarixi açıqlamayıb.